VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, Quba polisinə 1 ədəd sənədsiz silah təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan VETENNAMİNE.AZ-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbir zamanı polis əməkdaşları tərəfindən 1 ədəd “Bordanka” markalı yivli silah təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Günay Atayeva
Vətən Naminə Mətbuat Xidməti
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.