Biləsuvar Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, istintaqla 1991-ci il təvəllüdlü Elşən Şəbiyevin iyunun 8-də Biləsuvar rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlərdən 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Şəbiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Vətən Naminə Mətbuat Xidməti