1- Qlobal istiləşmə:
Qlobal istiləşmə günümüzün ən böyük qlobal problemlərindən biridir. Bir çox ekoloji qruplar və qurumlar dünyanın bu problemin həllini prioritet olaraq tapmasını gözləyir. Qlobal istiləşmənin ən böyük səbəblərindən biri istixana qazlarıdır. İnəklərin buraxdığı bu qaz atmosferə ciddi ziyan vurur. Nəticədə iqlim tarazlığı alt-üst olur, buzlaqlar isə əriməyə davam edir. İddia edilir ki, lazımi tədbirlər görülməzsə, yaxın əlli ildə qlobal ekoloji fəlakət baş verə bilər.
2- Ətraf Mühitin Çirklənməsi:
Təbii mühitin pisləşməsi ilə ətraf mühitin çirklənməsi qlobal problem olaraq qalmaqda davam edir. Son on ildə yüzdən çox heyvan nəsli kəsilib. Eyni zamanda, iki yüzə yaxın heyvan növü nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Plastik və kimyəvi tullantılar torpağı zəhərləsə də, kənd təsərrüfatında məhsuldarlığı aşağı səviyyəyə endirir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ekoloji maarifləndirmə aparılmalı və bu sahədə birgə araşdırmalar aparılmalıdır.
3- Aclıq:
Epidemiya, artan əhali sıxlığı və ərzaq ehtiyatlarının azalması ilə dünyanın ən böyük problemlərindən biri də aclıqdır. Yəmən aclıq təhlükəsi olan ölkələrdən biridir. Konqo Demokratik Respublikası və Cənubi Sudan da risk zonaları arasındadır. Lazımi tədbirlər görülməsə, beş il ərzində Venesuela və Əfqanıstanda ciddi ərzaq böhranı yarana bilər.
4- QİÇS:
Dünyada bir ildə QİÇS-dən dünyasını dəyişənlərin sayı 800 mindən çoxdur. Dərman və peyvənd tədqiqatları davam etsə də, hələlik konkret bir həll tapılmayıb. Qlobal miqyasda ən ciddi sağlamlıq böhranlarından biri olan QİÇS dünya ölkələrinin gündəmində qalmaqda davam edir. Türkiyədə hər il dörd ilə altı min arasında insana QİÇS diaqnozu qoyulur.
5- Xərçəng:
Xərçəng QİÇS-dən sonra digər qlobal sağlamlıq böhranıdır. Hər il milyonlarla insan xərçəng diaqnozu ilə müalicə olunur. Minlərlə insan həyatını itirir. Ağciyər və qan xərçəngi ən ölümcül və ümumi növlərdən biridir. Kimyaterapiya və radioterapiya kimi müalicə üsulları ilə yanaşı, alternativ müalicələr də sürətləndirilib.
Həlimə Əliyeva