Ramazan ayı səbəbiylə hər il azalan Qızılayda qan ehtiyatları bu il zəlzələlərin təsiri ilə kritik həddən aşağı düşüb. Mütəxəssis həkimlər əlində kifayət qədər qan olmamasını ciddi problem kimi səciyyələndirsələr də, bunun həyat üçün təhlükəli nəticələri ola biləcəyini vurğulayırlar.
Hər bir insanın damarlarımızda dövr edən həyati bir maye olan qana hər an ehtiyacı ola bilər. Gözlənilməz qəza, əməliyyat və ya xəstəlik keçirən vətəndaşların qana ehtiyacı daimi olaraq qalır. Türkiyənin qan ehtiyatları Qızıl Ayparanın xüsusi anbarlarındadır. Bu ehtiyatları yalnız vətəndaşların könüllü qanvermələri hesabına artırmaq olar.
Hər Ramazanda Qızılayın qan ehtiyatı azaldıqca qan verənlərin sayı da azalır. Ancaq bu Ramazanda Qızılay stokları minimum səviyyənin altına düşdü.
VETENNAMİNE.AZ saytının türk mediasında araşdırmalarına görə, Türk Qızıl Aypara Başçısı Kerem Kınık bu veziyyətlə bağlı qeyd edib ki, Kahramanmaraş zəlzələlərinin də bu vəziyyətdə təsirli olduğunu, ehtiyacımızın artması, zəlzələ bölgələrində qan ala bilməməsi səbəbindən milli qan ehtiyatlarımız minimum ehtiyat səviyyəsinin altına düşüb.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti