Qiymətli metalları elektron cihazları təkrar emal etməklə bərpa etmək mümkündürmü?

Elektron cihazların istehsalı üçün tələb olunan qiymətli metallar bütün dünyada kəskin şəkildə azalıb. Elektron tullantıların təkrar emalı azalan minaları əvəz edə bilər. Türkiyədə elektron cihazlar təkrar emalı üçün pulsuz toplanır.

İngiltərədə aparılan yeni araşdırmaya görə, 2021-ci ildə dünyada elektron tullantıların sıxlığı 57 milyon tona çatıb və ekspertlər mədənçilik fəaliyyətləri səbəbindən dünyada qiymətli metalların əhəmiyyətli dərəcədə azaldığını bildiriblər. Təkrar emal həll yolu kimi göstərilir.

Britaniya Kral Kimya Cəmiyyətinin (RSC) mütəxəssisləri bildirirlər ki, mədənçilik fəaliyyətlərindən əldə edilən qiymətli metalların istifadəsi davamlı metod deyil.

Bundan əlavə, Rusiyanın Ukraynaya müdaxiləsi və bazarlardakı qeyri-müəyyənliklərin yaratdığı tədarük zəncirinin pozulması kimi geosiyasi gərginliklər də bu metalların qiymətində ciddi artıma səbəb olur.

2021-ci ildən bəri akkumulyator istehsalında əhəmiyyətli bir material olan litiumun qiyməti demək olar ki, yüzdə 500 artarkən, elektrikli avtomobil akkumulyatorlarında istifadə edilən nikel kimi digər metalların qiyməti də artıb.

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.