Qazilər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn bir qrup Vətən müharibəsi qazisi ölkəmizdə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş miqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Həmçinin qazilər Qurbanəli İslamov,  Namiq Seyfəddinli, Nurlan Mazanov, Allahverən Nurəliyev, Mobil Əhmədzadə, Əvəz Banipaşa, Elvin Vəliyev, Vasif Məlikov, Elşən Lalayev, Məhəmmədli Baxışov və digərləri müharibədən sonra qazilərin mənzillə, avtomobillə, işlə, reabilitasiya xidmətləri ilə təminatı və s. istiqamətlərdə aparılan işlərdən razılıq ifadə ediblər.

Onlar həmçinin qazilər hələ müalicə olunarkən ziyarət edildiklərini və müalicə müddətindən dərhal sonra operativ şəkildə sənədləşmə aparılmaqla əlilliklərinin qiymətləndirilməsinin aparılmasının, Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazilərin son nəsil protezlərlə  təmin olunmasının və s. təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.