VETENNAMİNE.AZ Kazinform agentliyinə istinadla verir ki, bu münasibətlə Prezident Qasım-Jomart Tokayev qazaxıstanlılara təbrik ünvanlayıb.
Müstəqillik Günü şərəfinə Astanada mədəniyyət, təhsil və idman müəssisələri şəhər sakinlərinin siyasi mədəniyyətinin və vətəndaş həmrəyliyinin yüksəldilməsinə kömək məqsədilə çoxsaylı tədbir təşkil edirlər. Həmçinin Almatıda müxtəlif bayram tədbirlər, o cümlədən elmi-praktik konfranslar və fotosərgilər keçirilir. Ölkənin bölgələrində də ənənəvi olaraq təntənəli tədbirlər təşkil olunur, sosial obyektlər istifadəyə verilir.
Xatırladaq ki, 1991-ci il dekabrın 16-da Qazaxıstan Ali Soveti “Dövlət müstəqilliyi və suverenliyi haqqında” qanun qəbul edib. Müstəqilliyin bəyan olunduğu gün – 16 dekabr həm də 1986-cı ilin dekabrında Almatıda baş vermiş faciəli hadisələrin anım günüdür. O vaxt qazax gənclərinin SSRİ rəhbərliyinin milli xalqların hüquq və mənafelərini pozan siyasətinə etiraz nümayişi qəddarcasına dağıdılmışdı.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti













