Vetennamine.az saytının Qazax rayonu üzrə bölgə müxbiri Alıyev Namiqin verdiyi məlumata əsasən Qazax rayonu N saylı hərbi hissədə bayram şənliyi keçirilib.
Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialının üzvləri, Azəbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatı, Qazax rayon şöbəsinin üzvləri və Azərbaycan Mübarizlər ictimai birliyinin Qazax rayon filialının üzvləri Qazax rayonu N saylı hərbi hissədə Novruz bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib.