“Qayğı” Çağrı Mərkəzinə 200-ə yaxın müraciət daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) ötən dövrdə 200-ə yaxın müraciət daxil olub. Hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib.

Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları, Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı olub.

Onlardan mühüm bir hissəsi sorğu xarakteri daşıyıb və vətəndaşlara müvafiq məlumatlar verilib.

“Qayğı” Çağrı Mərkəzində Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti və onlayn-psixoloji dəstək istiqamətləri üzrə müraciətlər cavablandırılır.

Sosial xidmətə ehtiyacı olan hər kəs “Qayğı” Çağrı Mərkəzinə zəng edərək Agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana, habelə bu xidmətlərlə bağlı məlumatlar əldə edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.