“Qardaş ailə” layihəsi çərçivəsində şəhid İlkin Əhədzadənin ailəsi Türkiyəyə yola salınıb

“Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin ailə üzvləri bu gün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıblar.

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi ortaq həyata keçirir.

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə baş tutan səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.

Səfər zamanı bir sıra rəsmilərin şəhid ailəsi ilə görüşlərinəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.