Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyəti əməkdaşlarının iştirakı ilə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 5500-ə qədər çəkikimi balıq körpəsi Kür çayına buraxılıb.
Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.
Balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq.