Qaradağ rayonunda tədbir keçirilmişdir

Qaradağ rayonu Lökbatan qəsəbəsi 233 saylı tam orta məktəbdə Azərbaycan Qarabağ müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin  Qaradağ filialının  üzvləri olan Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir   keçirilmişdir. Qazilər Ordumuzun parlaq qələbəsi haqda öz döyüş təəssüratlarını məktəblilərlə bölüşmüşlər. Filialın keçirdiyi vətənpərvərlik tədbirlərində fəal iştirak edən Vətən müharibəsi qazisi , məktəbin məzunu Tural Allahverdiyev İctimai birlik tərəfindən  mükafatlandırılmışdır. Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzulu ədəbii- bədii əsərlər ifa edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.