Qaradağ rayonunda Şuşa ili ilə əlaqəli tədbir keçirilmişdir.

Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunması ilə əlaqədar  Qaradağ rayonu Qobustan qəsəbəsi 195 saylı tam orta məktəbdə  Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ filialının  üzvləri olan Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir  keçirilmişdir.

  Tədbirdə Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ filialının sədri Maqsud Heydərov bildirdi ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Keçən il ölkə Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” və s. keçirilmişdirvə  nəzərdə tutulmuş tədbirlər davam edir. Bu gün isə biz bu münasibətlə rayonumuzun məktəblərində keçirilən  növbəti tədbirə toplaşmışıq. Doğma Şuşamız Azərbaycan mədəniyyətinin, mənəviyyatımızın, ədəbiyyatımızın, musiqimizin beşiyi, eləcə də, həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətənidir.

 Sonra tədbirdə iştirak edən  qazilər Ordumuzun parlaq qələbəsi haqda öz döyüş təəssüratlarını məktəblilərlə bölüşmüşlər. Filialın keçirdiyi vətənpərvərlik tədbirlərində fəal iştirak edən qazilər, eləcə də  keçirilən intellektual viktorinada fərqlənən şagirdlərə  İctimai Birliyin “Fəxri Fərman”ları və  mükafatlar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.