HomeBütün XəbərlərQaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və veteranlarının şagirdlərlə növbəti görüşü keçirilmişdir

Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və veteranlarının şagirdlərlə növbəti görüşü keçirilmişdir

Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və veteranlarının şagirdlərlə növbəti görüşü keçirilmişdir

2017-ci  il dekabrın 5-i Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə Qarabağ müharibəsi əlilləri və veteranlarının şagirdlərlə növbəti görüşü keçirilmişdir.

Azərbaycan QMƏVŞAİB Qaradağ rayonu filialının sədri II qrup müharibə əlili Maqsud Heydərov tədbirdə iştirak edən qonaqlara məktəblərdə keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin əhəmiyyəti haqda məlumat vermiş, bu kimi tədbirlərin bütün məktəblərdə keçirilməsinin vacib olduğunu qeyd etmişdir.

Məktəbin  Gənclərin Çağırışa Hazırlıq üzrə rəhbəri, müharibə əlili, Mehman Hüseynov, müharibə veteranı Paşa Məmmədov, aprel döyüşlərinin iştirakçısı, müharibə əlili Röyal Əşrəfov keçdikləri döyüş yollarından danışmış,   ordumuzun hər an düşmənə layiqli cavab verməyə qadir olduğunu qeyd etmişlər. Görüşdə məktəbin fəal şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, ədəbi kompozisiyalar nümayiş etdirmişlər.

Tədbirin keçirilməsinə görə məktəbin  direktoru Aynur Abdullayeva öz təşəkkürünü bildirmiş, məktəblərdə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müharibə veteranları ilə görüşlərin rolunu qeyd edərək bu görüşlərin davamlı olmasını arzulamışdır.