Qaradağ 223 saylı tam orta məktəbdə tədbir keçirilmişdir


Qaradağ rayonu Qobustan qəsəbəsi 223 saylı tam orta məktəbdə Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialı tərəfindən filial üzvləri olan Vətən müharibəsi qaziləri ilə görüş təşkil edilmişdir. Qazilər Ordumuzun parlaq qələbəsi haqda öz döyüş təəssüratlarını məktəblilərlə bölüşmüşlər. Filialın keçirdiyi vətənpərvərlik tədbirlərində fəal iştirak edən qazilər mükafatlandırılmışdır. Tədbirdə intellektual viktorinada fərqlənən şagirdlərə də mükafatlar təqdim edilmişdir.