HomeBütün XəbərlərQarabağ qazilərinin və şəhid ailələrinin mənzil problemləri öz həllini tapmaqdadır

Qarabağ qazilərinin və şəhid ailələrinin mənzil problemləri öz həllini tapmaqdadır

Qarabağ qazilərinin və şəhid ailələrinin mənzil problemləri öz həllini tapmaqdadır

Dövlətimiz tərəfindən Qarabağ əlilləri və şəhid ailələrinə yeni mənzillrin təqdim olunması davam edir. Hər dəfə mənzil şəraiti çətin olan, daha abad mənzillərdə yaşamağa layiq bu insanların sevincinə qoşulmaq hər birimiz üçün fəxrdir.

Dünən Qobu qəsəbəsində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş iki mərtəbəli, beş otaqlı evlərin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının sədri İlham Qayıbzadə vetennamine.az saytına verdiyi məlumatda demişdir: “Sevinirəm ki, o evlərdən biri də Binəqədi rayonundan olan, şəhid anası Tağıyeva Rəna Qəni qızına verilmişdir. Qarabağ qazilərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığımızı bildiririk”.