Qarabağ qazilərimizi tanıyaq…

Noyabrın 30-da “Vetennamine.az” saytının müsahibi 44 günlük zəfər sevincini bizə yaşadan, III qrup Qarabağ qazisi Ülvi Salayev olmuşdur.

O, əvvvəlcə özü haqqında ətraflı məlumat vermişdir. Daha sonra 44 günlük vətən müharibəsi haqqında verilən sualları cavablandırmışdır. Ülvi Salayev 25 avqust 1995-ci ildə anadan olub. Orta təhsilini 31 saylı tam orta məktəbdə almışdır. Daha sonra təhsilini peşə məktəbində davam etdirmişdir. Bitirdikdən sonra 19 yaşında N saylı hərbi hissəyə xidmətə getmişdir. Hərbi xidməti bitirdikdən sonra 9111 taksi şirkətində işə başlamışdır. Səfərbərlik müddətində döyüşlərə çağırıldığı zaman işini yarım qoyub hərbi hissəyə yollanmışdır. İlk günlərdə o, təlimlər keçdiklərini bildirib. Daha sonra Fizuli, Cəbrayıl, Xocavənd ərazilərində başlamış döyüşlərdə iştirak etmişdir. Gedən döyüşlərdə Məmmədov Fərid və Muradov Siyavuş adlı iki komandirinin şəhid olduğunu bildirmişdir. Növbəti gün Xocavəndə hücum zamanı düşmən təcavüzkarları tərəfindən özünün və digər əsgər yoldaşlarının artileriya mərmisi vasitəsilə vurulduğunu bildirib. Bu yaralanma səbəbi ilə o, bir ayağını itirmiş və 3-cü qrup əlil olmuşdur. Daha sonra müharibədən yadda qalan anlarını bizimlə paylaşmışdır. Döyüşlərdə iştirak etdiyi üçün qürur hissi duyduğunu, 30 ildən sonra işğaldan azad edilmiş ərazilərə ayaq basmağın necə şərəfli bir hiss olduğunu bildirmişdir. Müharibədən sonra psixoloji vəziyyətinin yaxşı olmadığını və depressiyaya meyilli olduğunu lakin qısa vaxt ərzində bu vəziyyətdən özünü çıxarıb, normal vəziyyətə qayıtdığını bildirib. Sonra o gənclərə öz tövsiyyəsini vermişdir. Belə ki, həssas kateqoriyadan olan şəxslərə özlərini belə psixoloji vəziyyətdən qorumağı tövsiyyə edib.

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.