Qarabağ qazilərimizi tanıyaq…

Dekabrın 21-də  “Vetennamine.az”ın müxbiri Həlimə Əliyevanın müsahibi, 2016-cı il aprel döyüşlərində iştirak etmiş və 44 günlük zəfər sevincini bizə yaşadan 166 saylı məktəb liseyinin fiziki tərbiyə müəllimi Ülvi Qurbanov olub.

O, əvvəlcə dəvət üçün öz minnətdarlığını bildirmiş, daha sonra özü haqqında ətraflı məlumat vermişdir.

Ülvi Qurbanov dekabrın 12-si 1993-cü ildə Şirvan şəhərində anadan olub. Uşaq yaşlarından karate idman növü ilə  məşğul olmuşdur. Dünya çempionatında 3-cü yer, avropa çempionatında 1-ci yer və bir neçə əlavə beynəlxalq turnirlərin qalibi olmuşdur. Azərbaycan daxilində də yarışlarda qalib olmuşdur. Daha sonra idman növünü dəyişərək güləş idman növü ilə məşğul olmuşdur. Bu idman növündə də bir neçə dəfə yüksək nəaliyyətlər əldə etmişdir. Daha sonra Ülvi bəy müharibə haqqında təəssüratlarını bölüşüb. Vətən müharibəsi başlayarkən bir neçə dəfə könüllü olaraq müraciət etdiyini bildirib. Adının siyahıda çıxmadığını lakin bir neçə təkiddən sonra adını siyahıya əlavə etdiklərini bildirib. Daha sonra müharibə zamanı əsgərlərin ruh yüksəkliyi haqqında və s fikirlər səsləndirib. Müharibə ilə bağlı ən yadda qalan anlarının əsgərlərin bir-biri ilə mehribançılığı olduğunu bildirmişdir. Döyüşlər zamanı şəhid olan tağım komandiri Teymur Abbaslının onları necə kollektiv halında birləşdirdiyini və onlara stimul verdiyini də bildirib. Həmçinin öz vətənpərvər ruhunu şagirdlərinə daim aşıladığı haqqında da danışmışdır. Sonda gənclərə ən vacib tövsiyyəsi isə sağlam qalmaq olmuşdur. ”Ölkəmizin sağlam gəncliyə ehtiyacı var” -deyə o bildirmişdir.

Hazırladı

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.