Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev vetennamine.az saytının müxbiri Həlimə Əliyevaya müsahibə vermişdir.Müsahibəni sizə təqdim edirik :
–Mehdi müəllim 2020 ci ilin noyabr ayında 3 tərəfli bəyanatın bəndlərindən biri də Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması idi bugünə kimi bu bənd yerinə yetirilmir bununla bağlı istərdik ki fikrinizi öyrənək.
-Üç tərəfli bəyənata əsasən Ermənistan Azərbaycanın hal-hazırda sülhməramlıların nəzarətində olan ərazidən silahlı birləşmələrini döyüş texnikasını və silahlarını çıxartmalı idilər.Təəssüflər olsun ki , texnikanın az bir qismini çıxartsalar da əksəriyyəti oradadır.Eyni zamanda da İrəvanda anadan olmuş, Rusiya vətəndaşı olmuş , Rusiyada milyardlar qazanmış rusiyalı milyarder Ruben Vardanyan xarici sanksiyalardan boyun qaçırmaq məqsədilə Ermənistana gəlib Ermənistandan vətəndaşlıq alıb və hal-hazırda Xankəndidiə yaşayaraq orada sülhün ziddinə olan fəaliyyətlə məşğuldur.Hal-hazırda separatçılara rəhbərlik edir və özünü orada əsas fiqur kimi qələmə verir.Və onun maneçiliyi nəticəsində sülhməramlılar da üzərinə düşən funksiyanı yerinə yetirə bilmirlər.Belə ki, laqeyd münasibət bəsləyirlər və Azərbaycan Ermənistan arasında gedən danışıqların pozulmasına eyni zamanda da , nəyin bahasına olur olsun Xankəndini və hal-hazırda sülhməramlıların nəzarətində olan əraziləri özündə saxlamaq hər hansı bir formada status almağa cəhd edirlər.Bu separatçıların yəni Ermənistan tərəfin mən deyərdim müharibənin uzanmasına gətirib çıxaran bir addımdır.Belə ki , iki il öncə Şuşa azad edildikdən sonra üç tərəfli sazişlə Ermənistan demək olar ki, kapitulyasiya aktına imza atmışdır və bununla da iyirmi mindən çox şəxsi heyyətini məhvdən və yaxud əsirlikdən qurtara bilmişdir.Buna baxmayaraq bugün yenə üç tərəfli sazişi pozaraq yenə müharibə cəhtləri edir və təbii ki , Azərbaycan da buna hazır olmalıdır.Bu prossesin uzanmasında hesab edirəm ki, rusiyanın sülhməramlı adı ilə gəlib bizim ərazilərimizə yerləşmiş kontingentinin ikili oyun oynamasının da rolu böyükdür.
–Ermənilərin Azərbaycan ərazisində qanunsuz olaraq sərvətləri mənimsəmələri faktı ilə əlaqədar Rusiya sülhməramlılaır ilə razılaşdıraraq monitorinq keçirilməsi razılaşdırılsa da ermənilərin təxribatı nəticəsində bu baş tutmadı.Bununla bağlı nə deyə bilərsiniz ?
-Bu il dekabr ayının əvvəlində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AzərGold QSC sülhməramlıların olduğu ərazilərdə monitorinq keçirmək istəyirdilər.Belə ki , əldə olunan məlumata görə oradaki faydalı qazıntılarımızdan oğurluq yolu ilə yəni qanunsuz yolla istifadə edən tərəf bu monitorinqə mane oldu.Baxmayaraq ki, sülhməramlıların razılaşdırılmış formada Azərbaycanın razılaşdırılmış mütəxəssisləri ora gedirdi Laçın-Şuşa yolunda Ermənistan tərəfi mitinq təşkil etdi və yolu bağladı.İmkan vermədilər ki , Azərbaycan nümayəndə heyyəti Rus sülhməramlılarının komandanlığı ilə görüşsün və monitorinqi həyata keçirsinlər.Belə ki, 30 il ərzində Ermənistan-Azərbaycanın işğal altında saxladığı ərazilərə külli miqdarda zərər vurub.Bu həm maddi həm ekoloji zərərdir.Hətta biz bunu ekoloji terror adlandıra bilərik.Bir neçə il əvvəl bu məsələni araşdıraraq biz kitab ərsəyə gətirmişdik.Ekoloji terror adlı bu kitabı üç dildə nəşr etdirmişdik.Belə ki, Azərbaycanın təbiəti, su hövzələri ilə yanaşı hal-hazırda da qızıl , mis yataqlarını qanunsuz istismar edirlər.Təbii ki , bunlar hamısı vergidən yayınaraq onların milyarderinin daha da əlavə gəlirlər əldə edərək seperatizmə yönəlməsi idi.Buna dünya ictimaiyyəti yenə susur və yenə ikili yanaşma görürük burada.Bu susmağı terrorizmə dəstək verməyi kimi də dəyərləndirmək mümkündür.Bu gedişlə Azərbaycan tərəfi yəqin ki, vadar olunacaqdır öz gücünə bu məsələnin ədalətli həllinə nail olsun.Belə ki Rusiya sülhməramlılarının tutduğu mövqe də qeyri müəyyən olaraq qalır.Yəni bizə aydın deyil ki , bu necə sülhə xidmət etmək deməkdir.Qeyd etmək istərdim ki, həmin o hadisələr və həmin o separatçı milyarder Ruben Vardanyan sülhməramlıların nəzarəti altında olan əraziyə keçib orada yaşayır və orada fəaliyyət göstərir.Buna dəstək olmasa bu işləri həyata keçirə bilməz.Belə ki, onlar istəsələr qısa bir zamanda göstəriş verərək Ruben Vardanyanı oradan çıxara bilərlər.
–Rəhbərlik etdiyiniz təşkilatın etiraz aksiyasına münasibəti nədir ?
Rəhbərlik etdiyim təşkilat Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi bu hadisələri həyacanla və diqqətlə izləyir.Həmçinin buna qoşulmağa hazırdlılar.Bizim minlərlə üzvümüz hal-hazırda aksiyaya qoşulmaq arzusu ilə bizim qərarımızı gözləyir.Biz də mu məsələ ilə bağlı idarə heyyətinin iclasına hazırlaşırıq.Qərardan daha sonra növbəti addımlarımız bəlli olacaq.Qeyd etmək istəyirəm ki bu tək Bakı, Sumqayıt yox Azərbaycanın digər şəhər və rayonlarından da çoxsaylı zənglər daxil olur və insanlar aksiyaya qoşulmaq istəyini bizə bildirirlər.
Həlimə Əliyeva