Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib olunub və B.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb. İşlik meşə materialının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.
Vətən Naminə Mətbuat Xidməti