Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov VETENNAMİNE.AZ-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Neftçala rayon sakinləri Ramin İmanov, Elçin Hüseynov, Təbriz Məhərrəmov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Mehman Əsədov, Siyəzən rayon sakini Siyasət Məmmədov, Sumqayıt şəhər sakini Mətləb Feyziyev, Xaçmaz rayon sakinləri Məzahir Kərimov, Anar Sultanov, Naxçıvan şəhəri Kəngərli rayon sakinləri Elçin və Əli Bayramovlar, Füzuli şəhər sakini Fuad Səfərov və Bakı şəhər sakini Səbuhi Məmmədov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”.
B.Məhəmmədovun sözlərinə görə faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Vətən Naminə Mətbuat Xidməti