Bioloji Müxtəlifliyin Qorunması Xidmətində VETENNAMİNE.AZ saytına bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala və Zəvvar ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən 4 nəfər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Vətən Naminə Mətbuat Xidməti