Faşizm üzərində qələbənin artıq 78-ci ilidir ki, Azərbaycanda 9 May Qələbə günü kimi qeyd olunur.
İkinci Dünya müharibəsi bütün dünya üçün acımasız keçid dövrü olmuşdur. Bu müharibədə ölkəmizin 660 minə yaxın oğul və qızları iştrak edib. Müharibə zamanı Azərbaycan xalqının göstərdiyi misilsiz şücaət və igidlik tarixə qızıl hərflərlə yazılıb.
Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi keçirilir və bütün ölkədə qeyri-iş günü hesab olunur.
VETENNAMİNE.AZ saytı olaraq Qələbə uğrunda həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edirik!