vetennamine.az saytının cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən 18 yaşinda şəhidlik zirvəsinə uçalan Qəhrəmanımız İlkin Məmmədovun doğum günü qeyd olundu.
27 mart 2023-cü ildə Biləsuvar rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədov İlkin Fərhad oğlunun doğum günü qeyd olundu.Bununla bağlı şəhidimizin böyüyüb boya başa çatdigi ata ocağına baş çəkildi,məzarı ziyarət olunaraq ruhuna dualar oxundu.
Ziyarətdə RİH-nin Vətən Müharibəsi iştirakçilari və Şəhid ailələri ilə bağlı işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə,Deputatın köməkçisi Əfsun Əlizadə,YAP Biləsuvar rayon təşkilatinin sədr müavini Aqşin Qasımov,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri ib Biləsuvar rayon filialının sədri,2-ci Qarabağ qazisi Bəhruz Əliyev,SHXÇDX Biləsuvar rayon şöbəsinin əməkdaşi Faxrəddin Feyziyev,şəhid valideynləri iştirak etdilər.
Şəhid İlkin Məmmədov 27 mart 2022-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmiş və O Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində iştirak etmiş,düşmən hücumunun qarşisini alarkən qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra göstərdiyi şücaət və mərdliyinə görə
“VƏTƏN UGRUNDA”, “CƏSUR DÖYÜŞÇÜ”, “SUQOVUŞANlN AZAD OLUNMASlNA GÖRƏ” medalları ilə təltif olunmuşdur.Subay idi.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
QARABAG AZƏRBAYCANDİR!