Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, Belçika Krallığının Cinayət Aktivlərinin Həbs və Müsadirəsi üzrə Mərkəzi Ofisində (COSC) keçirilmiş görüşlərdə korrupsiya, maliyyə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərdən əldə edilən aktivlərin müəyyən edilməsi mexanizmi, üzərinə həbs qoyulması, zəruri olduqda vəziyyətinin yaxşılaşdırılması, satılması və ya başqa cür idarə olunması, bərpası, müsadirə alətləri və digər mövzularda təqdimatlar edilməklə müzakirələr aparılıb, həmçinin nümayəndə heyəti əyani olaraq Belçika Krallığının Ədalət Sarayında qeyd edilən kateqoriya cinayətlər üzrə xüsusi müsadirəyə dair məhkəmə iclasında iştirak edib.
Həmçinin 19-20 oktyabr tarixlərində nümayəndə heyətinin Polşa Respublikasının Baş Prokurorluğu, Mərkəzi Anti-korrupsiya bürosu və Milli Polisində baş tutmuş görüşlərində həmin qurumların əmlakların bərpası və idarə edilməsi sahəsində təcrübələri öyrənilib.
Bundan başqa, Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalovla Polşa Respublikasının Baş Prokurorunun birinci müavini Darius Barski arasında keçrilmiş görüşdə iki qurum arasında qarşılıqlı əlaqələrə dair müzakirələr aparılıb və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün razılıq əldə edilib, elədə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımızın 30 illik işğalına son qoyulması və ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri barədə məlumatlar verilib.
Vətən Naminə Mətbuat Xidməti