Posted By Admin Posted On

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vetennamine.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) - Gallery Image
Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) - Gallery Image