Portuqaliya və Polşa yığmaları Dünya Çempionatına vəsiqə qazanıblar

Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Vetennamine.az-ın məlumatına görə, ilk final oyununda Polşa yığması İsveç komandası ilə qarşılaşıb. Oyun Polşanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları R.Levandovski (49 dəqiqə) və P.Zelinski (73) vurublar.

Digər oyunda Portuqaliya yığması Şimali Makedoniya yığması ilə qarşılaşıb. Oyun portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları B. Fernandeş (32 və 65) vurub.

Beləliklə, Polşa və Portuqaliya Dünya Çempionatında vəsiqə qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.