Pop art 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində İngiltərə və Amerikada yaranmış sənət cərəyanıdır. Pop-art, populyar mədəniyyətdən təsirlənmiş və istehlak mədəniyyətinə əsaslanan bir sənət anlayışıdır. Rəssamlar gündəlik həyatda tez-tez rast gəlinən əşya və təsvirlərdən (məsələn, qutular, butulkalar, şokolad qabları, reklamlar, televiziya, filmlər, musiqi) əsərlərində istifadə edərək, populyar mədəniyyəti sənətin bir hissəsinə çevirmişlər.
Pop sənəti, ənənəvi sənət anlayışından fərqli olaraq, real həyat obyektlərindən, rənglərdən və formalardan istifadə etməklə adi insanların həyatından və istehlak mədəniyyətindən ilham almışdır. Bu hərəkat yüksək incəsənətlə populyar mədəniyyət arasındakı fərqi yox etdi, adi əşyaları və obrazları bədii cəhətdən qiymətli etdi.
Pop sənəti 20-ci əsrin ən mühüm sənət cərəyanlarından biridir və hələ də təsirini davam etdirir. Rəssamlar populyar mədəniyyətin və gündəlik həyatın təsirini əks etdirməyə davam edirlər.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti