HomeBütün XəbərlərPirallahı rayonunda Azərbaycan QMƏVŞAİB-in iştirakı ilə hərbi-vətənpərvərlik tədbiri keçirilmiş, Həmrəylik günümüz və Yeni il bayramı qeyd olunmuşdur

Pirallahı rayonunda Azərbaycan QMƏVŞAİB-in iştirakı ilə hərbi-vətənpərvərlik tədbiri keçirilmiş, Həmrəylik günümüz və Yeni il bayramı qeyd olunmuşdur

Pirallahı rayonunda Azərbaycan QMƏVŞAİB-in iştirakı ilə hərbi-vətənpərvərlik tədbiri keçirilmiş, Həmrəylik günümüz və Yeni il bayramı qeyd olunmuşdur

Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun anım günü ilə bağlı Pirallahı rayonundakı 186 saylı tam orta məktəbdə hərbi-vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialının sədr müavini, Qarabağ müharibəsi veteranları və əlilləri, Pirallahı rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər.

Tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirdə cıxış edənlər gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyyə olunmasında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirmiş və belə tədbirlərin mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab etmişlər.

2017 ci il dekabrın 29-u isə Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir kecirmişdir. İctimai birliyin fəalları həmin gün əlil və şəhid ailələrinə baş cəkmiş, uşaqlara Yeni il hədiyələri paylamışlar.