Böyümə qorxusu olan uşaqlarda və yetkin olsalar da (sosial olaraq) uşaq kimi davranan insanlarda görülən davranış pozğunluqlarına verilən addır. İlk sindromu 1983-cü ildə Den Kiley adlı psixoanalitik aşkar edib.
Piter Pan sindromunun xüsusilə avtoritet boşluğu olan ailələrdə böyüyən uşaqlarda baş verdiyi müşahidə edilir. Bu sindrom əslində; Uşaqlıq dövründə həddindən artıq sərbəst və nəzarətsiz, məsuliyyət daşımadan, heç bir məhdudiyyət və qaydalara məruz qalmadan buraxılan uşaqların anormal hədlər daxilində köhnə uşaqlıq illərinə qayıtmağa meyl göstərmələri vəziyyətidir. Gənclikdə və xüsusilə yetkinlikdə həyatı çətinləşdirən məsuliyyətlər və mübarizələr onları buna vadar edir.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti