Peşələr festivalı başlayıb

Festivala Şamaxı rayonunda start verilib

 Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalına başlanıb festivala Şamaxı rayonunda start verilib.

 Festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, dövlət özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə gənclər iştirak edib.

Tədbirin açılışı zamanı ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu, peşələrfestivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb. Yeniyetmə gənclərin müasir əmək bazarı barədə məlumatlılığının peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, ölkənin 10 rayon şəhərindəÖyrən, Əylən, Peşəni seçdevizi ilə, müxtəlif peşələr üzrə eksperlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək.

Onlar peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı peşələrüzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanıəldə edəcək.

Sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat vorkşoplar keçirilir.

 Növbəti festival 17 may 2022-ci il tarixində Sumqayıt şəhərində, Sülh göyərçiniabidəsinin yanında keçiriləcək.Festivalda iştirak ödənişsizdir.

Öyrən, əylən, peşəni seç!

 Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.