HomeBütün XəbərlərPepper robotları – robot texnologiyasının son sözü (VİDEO)

Pepper robotları – robot texnologiyasının son sözü (VİDEO)

Pepper robotları – robot texnologiyasının son sözü (VİDEO)

16 dekabr 2015-ci il.

NanoJam kompaniyası yapon və fransız mühəndislərinin yeni istehsalı olan Pepper adlı insanabənzər robotunu təqdim edir. Robotun unikallığı indadır ki, o, həmsöhbətinin (!) mimikasını və səs tonunu analiz edir, eləcə də onun emosiyalarını anlayır. Robot ətraf mühitə uyğunlaşma proqramı ilə təchiz olunmuş, insanlarla ünsiyyət zamanı yeni bacarıqlar əldə etmək qabiliyyətinə malikdir. Bu zaman o, məqamına görə, hətta rəqs də edə bilir.

Robot sanki yapon komikslərinin səhifələrindən gəlmiş varlıq təəssüratı yaradır və hamını özünə həmsöhbət etməyə həvəsləndirir. Ayaq əvəzinə xüsusi təkərli platformadan, sinəsində isə müxtəlif informasiyaların daxil-xaric edilməsi üçün 10 düymlük displeydən istifadə edir. Pepper insanın nitqini (onun yaddaşında 4500 ingilis sözü var), eləcə də jestlərini, bədən hərəkətlərini, danışıq intonasiyasını və əhvali-ruhiyyəsini başa düşür.

İstehsalçı kompaniyanın nümayəndəsi bildirmişdir ki, tarixdə ilk dəfə “ürəyi” olan robot yaradılmışdır ki, bu da onu xeyirxah və qayğıkeş etməyə imkan verəcək. Ətraf mühitlə əlaqə üçün Pepper onun müxtəlif yerlərində yerləşdirilimiş çip və mikrofonlardan istifadə edir. Məişətdə Pepper müxtəlif işləri yerinə yetirə bilər, məsələn, uşağa dayəlik, evin keşikçisi və ya sadəcə səmimi dost ola bilər.

Proqnozlara görə, 2035-ci ilədək robotlar Yaponiyada ixtisasların yarısına yiyələnəcəklər. Hələ ki bu tarixə 20 il var və artıq indi Fransada “Pepper” robotlarını iş başında görmək mümkündür; pilot layihə çərçivəsində 3 ədəd “Pepper” robotu Fransanın 3 müxtəlif dəmiryolu stansiyasında işləyəcək. Bu robotlar vağzala gələnlərə qatarların hərəkət cədvəlləri haqda məlumat və başqa informasiyalar verəcəklər.

Sözügedən layihə 3 ay müddətinə nəzərdə tutulub və bundan sonra Fransa Milli Dəmir Yolları başqa vağzallarda da belə robotlara iş verilməsi ilə bağlı qərar qəbul edəcək.