Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Yağıntının miqdarı: Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.
Havanın temperaturu: Avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub. maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.
Vətən Naminə Mətbuat Xidməti