“Partners & Business” sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir


Tədbir çərçivəsində ƏMAS-ın təqdimatı olub, əmək yarmarkası keçirilib
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Bu gün öz işinə başlayan “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgi-konfransındaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST İnklüzivİnkişaf və Yaradıcılıq Mərkəzi də iştirak edir.
“Baku Crystal Hall”da təşkil olunan tədbirdə “Əmək və məşğulluq” altsisteminin təqdimatına dair panel keçirilib, ƏMAS-ın əmək bazarı iştirakçıları üçün əhəmiyyətindən bəhs olunub.
Dövlət Məşğulluq Agentliyinin xidmətlərinin və rəqəmsal layihələrinin təqdim edildiyi tədbir çərçivəsində işsiz və işaxtaranların məşğulluğuna dəstək məqsədilə əmək yarmarkası da təşkil olunub. Yarmarkaya 20-yə yaxın şirkət tərəfindən 140-dan artıq vakansiya çıxarılıb.
Üç gün davam edəcək sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş əlilliyi olan şəxslərin floristika, bədii oyma, vitraj, dulusçuluq və s. növlərdə 110 əl işi təqdim edilərək satışı həyata keçirilir.