Pantomima necə yarandı?

Pantomim – ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca “mim” olaraq ifadə edilir.

Pantomimdə sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomim bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur.

Mim sözü “təqlid etmək” və ya “təmsil etmək” mənasını verən yunanca “mimeisthai” sözündən yaranmışdır. Fransızca “pantomime” mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur.

XIX əsrin sonunda mədəniyyətin bütün sahələrində inqilabi dəyişikliklər baş verdi. İyirmi beş əsrlik teatr tarixi yeni bir keyfiyyət kəsb etdi – rejissor teatrı.

XX əsrdə bir neçə böyük rejissor adları ilə başladı ki, bunların hər biri ayrıca bir teatr sistemi idi. Teatr məkanında Fransa teatrı öz islahat və meylləri ilə prosesə xüsusi təsir göstərdi. Andre Antuanın “Azad teatr”ı 1880-ci illərin teatr həyatına həvəskar dərnəklərdən mübariz şüarlarla atıldı. Onlar Komedii Fransezin ənənəvi şərtlərindən imtina edərək “Azad teatr” yaratdılar. Bu teatr elan etdi ki, onlar gənc dramaturqların, həmçinin Parisin başqa teatrlarının rədd etdiyi məşhur dramaturqların pyeslərini oynamağa hazırdır. Elə ikinci tamaşada Antuanın teatrında Parisin ədəbiyyat və teatr dünyasının adamlarını görmək olardı. Yarandığı gündən teatra kübar təbəqədən başqa adi tamaşaçılar, hətta kəndlilər tamaşa etməyə gəlirdi. Azad teatrın əməkdaşları teatr sənətini müşahidələr və təcrübələr əsasında qurmağa meyllənirdilər, onlar bu sənətin «sirli», yalnız «ziyalıların» əli çatan təsəvvürlərini dağıtmağa çalışırdılar. Onlar rəsmi təsdiq olunmuş əxlaq kodekslərini saf çürük edirdilər. Məsələn Tolstoyun «Zülmətin hökmü» əsərinin tamaşası Paris ədəbi dairələrini heyrətdə qoymuşdu. Bunu sadəlik və həqiqilik uğrunda çalışma da adlandırmaq olardı.

Bu, Avropada ilk qeyri-kommersiya teatrı idi. Andre Antuan az müddət ərzində dövrünün müəlliflərini əhatələyən repertuar yaratdı. «Azad teatr»da Fransada ilk dəfə olaraq, İbsenin, Turgenevin, Strindberqin, Bernsonun pyesləri oynanıldı. «Azad teatr»ı yaratmaqla Antuan qətiyyətlə melodramlara, meşşan dramaturgiyaya, dəbdə olan dramaturqların dayaz pyeslərinə qarşı çıxırdı. 1894-cü ildə Andre Antuan teatrı tərk etdi. Fransanın «Azad teatr»ının nümunəsində Almaniyada, İngiltərədə, həmçinin Fransanın özündə «Azad teatr»lar meydana gəldi. Antuanı ruhdan salan bəzi məsələlər var idi: onun realist teatrı qurmaq cəhdlərinin qarşısında Fransanın realizmlə mübarizə aparan kiçik modernist teatrları dayanmışdılar. Bu antirealist cərəyanın içində Parisin “Bədii teatr”ı var idi.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.