VETENNAMİNE.AZ xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb. Telekanalın məlumatına görə, hökm Ravalpindidəki Adiala həbsxanasının xüsusi məhkəməsinin hakimi tərəfindən Xan və Qureyşinin iştirakı ilə elan olunub.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etdikdən sonra başlayıb. Siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında onun Moskvaya səfəri zamanı “sərgilədiyi Rusiyayönlü mövqeyi nəzərə alaraq Baş nazir postundan uzaqlaşdırılmasını tövsiyə ediblər”.
Vətən Naminə Mətbuat Xidməti