İngilis dilindən dilimizə keçən overthinking anlayışı “çox düşünmək” mənasını verir. Keçmiş təcrübələriniz və ya gələcəyə yönəlmiş bir məsələ haqqında çox və uzun müddət düşünmək deməkdir.
Həddindən artıq düşünməkdən əziyyət çəkən fərdlər gecələr beyindəki səsləri və düşüncələri susdura bilmir, rahat yuxuya gedə bilmir, əvvəllər verdikləri qərar üzərində düşünməyə davam edir (həyatlarına davam etmələrinə imkan verməyən səviyyəyə qədər) və növbəti gün üçün görüləcək işlərin siyahısı ilə bağlı narahatçılıq keçirərək əllərindəki işi bitirə bilmirlər. Tədqiqatlar göstərir ki, 25-35 yaş arası insanların 73%-i uzunmüddətli çox düşünməkdən əziyyət çəkir.
Həddindən artıq düşünmə probleminiz ola biləcəyini göstərən əlamətlər və ya simptomlar bunlardır:
– Beyninizdəki xatirələri təkrarlayaraq daim müəyyən bir məqama qayıtmaq,
– Hər hadisə qarşısında davamlı gələcək planında olmaq,
– Beynimizdəki səslər susmadığı üçün yuxu problemi yaşamaq,
– Bir mövzudan başa bir mövzuya keçən düşüncələrə sahib olmaq və onu müşayiət edən narahatlıq hissi,
Qərar verərkən çətinlik çəkmək.
Həddindən artıq düşünmə ilə mübarizə yolları:
– Düşündüyünüz mövzuları nəzərdən keçirin. Xüsusilə edə bilməyəcəyiniz və ya sahib olmadığınız şeylərə diqqət yetirmək əvəzinə düzgün etdiyiniz işlərə diqqət yetirin. Stəkanın boş tərəfini deyil, dolu tərəfini görməyə çalışın. Diqqətinizi müsbət fikirlərə yönəldin. Hətta müsbət düşünməyə başladıqda onları yazın.
– Düşüncələrinizə verdiyiniz reaksiyalarınızı müşahidə edin. Adətən sizi nələrin narahat etdiyini və çox düşünməyə məcbur etdiyi şeyləri anlamağa çalışın. Həddindən artıq düşünəndə özünü necə hiss edirsən? Düşüncələrinizlə birlikdə ortaya çıxan duyğularınıza diqqət yetirin.
– İnsanların həddən artıq düşünmələrinin bir səbəbi qərar qəbul etməkdir. Bəzən çox sadə görünsə də, restorana, hətta qəhvə içməyə getməzdən əvvəl qərarsızlıq çox düşünməyə səbəb olur. Çox düşünmədən qərar vermənin öhdəsindən gəlmək üçün vaxt məhdudiyyəti təyin edin. Bu müddət tələsik olacaq qədər qısa olmamalıdır.
– Qüsurlarınızı qəbul edin. Mükəmməl olmaq məcburiyyətində deyilsiniz. Səhvləri qəbul edə bilmək sizi həyatınızda çevik olmağa sövq edir.
– Yata bilmədiyiniz zaman çox düşüncələrə apılmadan yataqdan qalxın. Çünki zehniniz özünü narahatçılıqla əlaqələndirir. Qorxu və narahatlığınız sizə yata bilməyəcəyinizi söyləsə belə, bu müvəqqətidir. Rahatlaşdırıcı bir şey etməyi seçin.
– Özünüzü yaxşı hiss etdirən fəaliyyətlərə yönəlin. Həddindən artıq düşünmənin qarşısını almağın yollarından biri zövq aldığınız fəaliyyətlərlə məşğul olmaqdır. Beləliklə, həddindən artıq düşünməyi dayandıra bilərsiniz.
– Daimi idmanla məşğul olun.Bu həm sağlamlığınızı, həm də əhvalınızı yaxşılaşdırmağa kömək edəcək.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti