Ötən dövrdə banklar tərəfindən 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

           Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində icra olunan “Özünüməşğulluğa Dəstək Layihəsi” davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Vetennamine.az-a verilən məlumata görə, ötən il layihənin yeni mərhələsi kimi daha 500 özünüməşğulluq proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilməsinə başlanıb. Onlardan artıq 300-nə seçdikləri sahələr üzrə mal və materiallar təqdim edilib.

Uğurlu sosial tərəfdaşlıq və korporativ sosial məsuliyyətnümunələrindən olan, 21 bankın qoşulduğu Layihə özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstəkdir.

Ümumilikdə ötən dövrdə banklar tərəfindən “Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilməklə kiçik biznesləri yaradılıb.

Aktivlərlə təmin edilən həmin şəxslərin böyük hissəsi şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.