Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günündə onun məzarını ziyarət ediblər.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanını mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı önünə güllər qoyulub, əziz xatirəsi anılıb.