Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırılıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.
Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.