• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlər aparılır

Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlər aparılır

05 May 2023
Şəhid Nərimanov İdris Nazim oğlunun doğum günü anıldı

Şəhid Nərimanov İdris Nazim oğlunun doğum günü anıldı

10 İyul 2025
“Ürəklərdə əbədi yaşayan qəhrəmanlar” tədbiri Bərdədə keçirildi

“Ürəklərdə əbədi yaşayan qəhrəmanlar” tədbiri Bərdədə keçirildi

03 İyul 2025
Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

02 İyul 2025
Biləsuvarda Vətən müharibəsinin şəhid zabitinin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Vətən müharibəsinin şəhid zabitinin doğum günündə xatirəsi yad edildi

02 İyul 2025
Yekaterinburqda baş verənlər – insan hüquqlarının və ədalətin açıq şəkildə pozulmasıdır

Yekaterinburqda baş verənlər – insan hüquqlarının və ədalətin açıq şəkildə pozulmasıdır

29 İyun 2025
26 İyun – Silahlı Qüvvələr Günü

26 İyun – Silahlı Qüvvələr Günü

26 İyun 2025
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edildi

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edildi

18 İyun 2025
Biləsuvarda I Qarabağ müharibəsi şəhidinin anım günündə ailəsi ziyarət olunub

Biləsuvarda I Qarabağ müharibəsi şəhidinin anım günündə ailəsi ziyarət olunub

13 İyun 2025
Biləsuvar rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi

Biləsuvar rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi

13 İyun 2025
Qurban Bayramında Şəhid Ailələrinə və Qazilərə Dəstək

Qurban Bayramında Şəhid Ailələrinə və Qazilərə Dəstək

07 İyun 2025
Biləsuvarda şəhid Xudayar Ələsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda şəhid Xudayar Ələsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi

03 İyun 2025
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminli üzvləri və İdarə Heyətinin adından Polkovnik Mehdi Mehdiyevə  Təbrik Məktubu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminli üzvləri və İdarə Heyətinin adından Polkovnik Mehdi Mehdiyevə Təbrik Məktubu

01 İyun 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Cümə axşamı, İyul 17, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Sosial

Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlər aparılır

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may günü - Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.

Yazar Mətbuat Xidməti
05 May 2023
Kateqoriya Sosial
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan

sosial siyasətin əsas istiqamətlərindən biridir.  Prezident İlham Əliyevin

sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı əlilliyi

olan şəxslərin də sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və

cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Azərbaycan 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin

Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər

uğurla yerinə yetirilir. 31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin

hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində

dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin

vəzifələrini müəyyən edir. Qanun əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə

görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin

reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına

şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu

prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və

bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində

yaranan münasibətləri tənzimləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə

əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən

edilmiş  şəxslər aylıq müavinətlə təmin edilir. Müharibə ilə əlaqədar, 1990-cı ilin

20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə

əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin

pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin

olunurlar. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

əlilliyi müəyyən edilmiş  şəxslərə, onlara, həmçinin əlilliyi müəyyən edilmiş

uşaqlara qulluq edənlərə  Prezidentin aylıq təqaüdü verilir.

Azərbaycanda sosial ödənişlərin, o cümlədən əlilliyi olan şəxslərə yönələn

sosial ödənişlərin mütəmadi olaraq artırılması təmin olunur. Xüsusilə son

5 ildə ildə bu  istiqamətdə ciddi irəliləyişlərə nail olunub, bu dövrdə 4 sosial

islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfə,

sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.  Şəhid ailələri, müharibə ilə

əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı isə Zəfərimizlə başa

çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə 5 dəfə genişlənib.

Postmüharibə dövründə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə 13460

mənzil və fərdi ev verilib.  Dövlət başçısının tapşırığına uyğun olaraq 2023-cü ildə

də ən azı 1500 mənzil və fərdi ev veriləcək. Həmçinin müharibə ilə əlaqədar

əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox

minik avtomobili təqdim edilib.

Son 5 ilin geniş miqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub – 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib,  həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının dəfələrlə artmasına imkan verib.

Son illər yaradılan müasir reabilitasiya infrastrukturu Zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün də mühüm potensialdır. İkinci Qarabağ müharibəsindən sonra Nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2722 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35,5 min reabilitasiya vasitəsi ilə təmin olunub. 2020-ci ilin dekabr ayından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminat proqramına başlanıb və I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malikdir. Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Benefisiarlarla bağlı təlimlərlə yanaşı, kompleks reabilitasiya işləri də  aparılır. Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ardıcıl olaraq onların yaradıcılıq nümunələrindən ibarət sərgilər təşkil olunur.

Eyni zamanda, Heydər Əliyev Fondunun mühüm sosial önəm kəsb edən layihələrinin davamı olaraq, əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində (Naxçıvan, Gəncə, Yevlax) Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə kvota üzrə yerlər müəyyən edilir və həmin yerlərdə işlə təmin edilirlər.  Özünüməşğulluq proqramının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan, 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan “Məşğulluğa Dəstək Layihəsi”nin, digər məşğulluq tədbirlərinin icrasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Bu günlərdə isə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə əməkdaşlıqda daha 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib. Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə layihəsi üzrə əlilliyi olan şəxslərin kiçik biznesinin qurulması işləri aparılır.

Ümumilikdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların sosial xidmətlərlə təminatı, peşə-əmək reabilitasiyası, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edildiyini, onların hərtərəfli qayğı ilə əhatə olunduqlarını göstərir.

Etiketlər #əlil#qazi#sosial#veteran#vətənnaminə
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Aprelin 6-da paytaxtda və bölgələrdə gözlənilən hava şəraiti açıqlanıb

Növbəti xəbər

Azərbaycan dövlət müstəqilliyi əbədidir!-mövzusunda tədbir keçirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.