Ölən ulduzun ətrafında fırlanan planetdə həyat ola bilər

Tədqiqatçılar sönən ulduzun yaxınlığında yaşamaq üçün lazımi şəraitə malik bir planetin olduğunu düşündüklərini açıqladılar.

‘Ağ cırtdan’ adlı bir ulduzun ətrafında fırlandığı güman edilən planet nə çox soyuq, nə də çox istidir. Buna görə də yaşamaq üçün lazımi şəraitin ola biləcəyi düşünülür.

Araşdırma İngiltərədəki Kral Astronomiya Cəmiyyətinin aylıq bülletenində dərc olunub.

Araşdırmaya rəhbərlik edən London Universitetinin professoru Cey Farihi astronomların ilk dəfə belə bir müşahidə apardığını bildirib.

Kütləvi ulduzlar sona çatdıqda və öldükdə qara dəliklərə çevrilirlər. Ancaq günəşimiz kimi kiçik ulduzlar bütün nüvə yanacağını istehlak etdikdə və xarici təbəqələrini itirdikdə “ağ cırtdanlar” adlanan ulduzlar əmələ gəlir.

Bu ulduzlar adətən planet ölçüsündə olurlar və ilk yarandıqda mavi-ağ işıq saçırlar.Elm adamlarının mövcud olduğunu düşündükləri planet Yerdən 117 işıq ili uzaqlıqdadır və orbitində fırlanan ulduza olan məsafəsi Yerlə Günəş arasındakı məsafədən 60 dəfə azdır.

Tədqiqat qrupunun bu planetin varlığını sübut edən birbaşa sübutu yoxdur, lakin ağ cırtdanın ətrafındakı yaşayış üçün əlverişli məkanda Ay böyüklüyündə 65 göy cisminin hərəkəti belə bir planetin varlığından xəbər verir.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.