Öküzlər qırmızı rəngə hirslənmirlər. Əslində, öküzlər qırmızı rəngi belə ayırd edə bilmirlər, çünki bütün mal-qara qırmızı-yaşıl rəng korudur. Öküzlərin hücum etməsinə səbəb muletanın rəngi deyil, hərəkətidir.
Qərbi Avropa və Cənubi Amerikada öküz döyüşlərində tez-tez istifadə edilən muleta adlı qırmızı-çəhrayı parça öküzlərin qəzəbi ilə rəng arasında əlaqə olduğu düşüncəsinə səbəb olub.
Bos primengius ümumi adı ilə mal-qaranın elmi növ adıdır. Kənddə böyüməyən və ya mal-qara ilə əlaqəsi olmayan insanlar üçün xalq arasında mal-qaranın müxtəlif keyfiyyətlərinə görə istifadə etdiyi nomenklatura çaşqınlıq yarada bilər. İribuynuzlu mal-qaranın doğumundan altı ayına qədər olan erkək və dişi balalarına “buzov”, altı aylıqdan bir illiyinə qədər erkək və dişi balalarına “dana”, altı aylıqdan hamiləlik dönəminə qədər dişilərə “düvə”, damızlıq erkəyə “buğa”, balalayan dişiyə “inək”, axtalanmış erkəyə “öküz” deyilir. Bütün bu adların hamısı eyni növ üçün istifadə olunur. Bu mal-qaraların hamısı qırmızı-yaşıl rəng kordur.
Öküzlər çox güclü heyvanlardır. 600 kiloqramlıq yetkin öküz orta çəkisi olan insanı bir buynuz zərbəsi ilə havaya 12 metrə qədər ata bilir.
Buğaların qırmızıya qəzəbləndiyini yoxlamaq üçün Discovery Channel-ın məşhur “mifləri ifşa edən komandası” olan Mythbusters diqqətli bir təcrübə apardı. Bu təcrübədə maketdən olan 3 matador qırmızı, mavi və ağ muletləri arenada saxlamış və bütün sınaqlarda öküzlərin hər 3 rəngə bərabər hücum etdiyi görülmüşdür. Muletalar nə vaxt yellənsələr, öküz rəngindən asılı olmayaraq hücum edir. Bu, öküzlərin qırmızı və ya hər hansı digər rəngə deyil, ən çox hərəkət edən obyektə hücum etdiyini göstərir. Önəmli olan rəng deyil, hərəkətdir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti