Oktyabr ayı Avropada Kibertəhlükəsizlik ayı kimi qeyd olunub

Hər il oktyabr ayı boyunca Avropada rəqəmsal təhlükəsizliyi və kiber gigiyena qaydalarını təşviq etmək məqsədilə konfranslar, seminarlar, təlim sessiyaları, virtual seminarlar, təqdimatlar və bir çox başqa tədbirlər daxil olmaqla yüzlərlə fəaliyyət həyata keçirilir.

Bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kibertəhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçirilib.

Kibertəhlükəsizlik nədir ?

İnternet və sosial media istifadəsinin ciddi dərəcə artması səbəbilə informasiya ilə bağlı bütün mövzular daha da ciddiyə alınmağa başladı. Xüsusilə Kiber sözü ilə başlayan ixtisaslar, peşələr, kurslar, seminarlar və s. Yunanca “yönləndirmək” mənasını verən “kubernan” sözü ilk dəfə 1948-ci ildə İngilis dilinə “cybernetics” olaraq daxil oldu. 1958-də isə Lois Couffignal tərəfindən canlılar və robotlar arasındakı əlaqəni izah etmək üçün “Cyber” olaraq istifadə edildi. Kiber sözü də təxmin edildiyi kimi Cyber sözünün Azərbaycan dilinə tərcümə edilmiş versiyasıdır.

Azərbaycanda da öz növbəsində bu sahə ilə məşğul olan bir çox qurum maarifləndirmə tədbirləri görülmüşdür. Həmçinin Kiber Təhlükəsizlik Platforması da bunlardan biridir. Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik akademiyası fəaliyyət göstərir. Bu akademiyanı digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də akademiya daxilində həssas kateqoriyadan olan şəxslərin (Əlil, Qarabağ əlili, veteran, şəhid)  övladları ödənişsiz təhsildən yararlana bilməsidir.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.