HomeBütün XəbərlərNoyabrın 24-ü Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

Noyabrın 24-ü Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

Noyabrın 24-ü Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

2016-cı ilin dekabrın 29-da Ermənistan ordusunun diversiya qrupunun təxribatının qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür.

Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. Çingiz Qurbanov Azərbaycan Texniki Universitetində ali təhsil alıb. O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Çingiz Qurbanov şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ermənilər öz mənfur sifətlərini göstərərək uzun müddət şəhidimizin nəşini qaytarmayıblar.

Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi.

Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər iştirak etmişdi.Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şəhidin atası Salman Qurbanova “Qızıl Ulduz” medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.