Beynəlxalq və yerli müşahidəçilərin bildirdiyinə görə seçkidə böyük aktivlik hiss olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz ailə üzvləri ilə Xankəndi şəhərində səsvermədə iştirak edib. Bu ilki seçkilər əvvəlkilərdən fərqli olaraq Azərbaycanın bütün ərazisində həyata keçirilib. Seçkiləri müşahidə etmək üçün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İçtimai birliyindən nümayəndə heyəti təmsil edilmişdir. İctimai Birliyin sədri Mehdi Mehdiyevin vetennamine.az saytınına verdiyi məlumata görə ictimai birliyin fəal üzvlərindən bir başa 50 nəfər, YAP-ın şəhər və rayon təşkilatlarından və ictimai şuralardan ümumilikdə 500-dən artıq üzv dairə və məntəqələrdə seçkiləri müşahidə etmişlər. Müşahidələrin nəticələrinə görə seçkidə aktivlik hiss olunub və seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntuları aşkar edilməmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev ictimai birliyin idarə heyətinin adından və Vətən Naminə media qrupunun kollektivi cənab İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edir, vətənimizin inkişafı və xalqımızın dahada firavan yaşaması üçün fəaliyyətlərində müvəffəqiyyətlər arzu edir.
Vətən Naminə Mətbuat Xidməti