Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası 18 iyun tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Rahat Market Mərdəkan Gourmet”in qarşısında keçiriləcək.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Rahat Market Mərdəkan Gourmet – Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., e 76/1.
Saat: 12:00
18 iyun