Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı 500 ədəd Abşeron yarımdasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.