HomeBütün XəbərlərNizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirə Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının sədri Məhi Mehtiyev və bir qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də dəvət olunmuşdular.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərildi.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan  QMƏVŞAİB-in Nizami rayon filialının sədri Məhi Mehtiyevə rayonun ictimai-siyasi fəaliyyətində göstərdiyi xidmətlərə görə və 60 illik yubileyi münasibətilə diplom təqdim etdi.