HomeBütün XəbərlərNizami rayon 109 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Nizami rayon 109 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Nizami rayon 109 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Tədbir məktəbin şəhidlərinin xatirəsinə, eləcə də bugün doğum günü olan fevral şəhidi, məktəbin məzunu Cəfərov Zakir Nazim oğlunun xatirəsinə həsr olunmuşdur.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsinin əməkdaşları, Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialinin sədri, fəal Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək ictimai birliyinin rəhbərliyi və aprel döyüşlərinin iştirakçıları iştirak etmişlər.